Sahibi küçələr olan itlər
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bakıda küçə itləri və onlardan qorxan sakinlər

Bakı küçələrində gəzən sahibsiz itlərin bəziləri parklarda, bəziləri yaşayış massivlərində özlərinə yer edib.

Bu itlər bəzən sakinlər üçün qorxu mənbəyi olur. Heyvan hüquqları müdafiəçiləri isə küçə itlərinin aqressivliyini elə məhz sakinlərdə görür.

Sahibiz heyvanlarla bağlı ən böyük problem onların sayına nəzarət olmamasıdır. Sahibsiz heyvanın sayı həndəsi şəkildə, sürətlə artır. Çıxış yolu isə qısırlaşdırma və sterilizasiyadır.

İDEA Heyvanlara Qayğı təşkilatı küçə itlərinin qısırlaşdırılması və sterilizasiyası ilə məşğuldur.

Bu işi həm də Dövlət Baytarlıq Nəzarəti Xidməti də həyata keçirir.