Xəzər Dəniz Gəmiçiliyi "Stalinin yaxtası"-nı ala bilər

Foto-Arxiv
Image caption Foto-Arxiv

1934-cü ildə tikilən "Stalinin Yaxtası" adı ilə məşhur olan gəmi alınıb Bakıya gətirilə bilər, Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti BBC Azərbaycancaya bildirib.

Gəminin alınması barədə məlumatı ilk olaraq Rusiyanın "Kommersant" nəşri yayıb.

Məlumatda bildirilir ki, teploxod 2014-cü ildən restoran kimi fəaliyyət göstərir, amma hazırda satışa çıxarılıb.

Qayığın alınmasında istəkli iki namizəd olsa da, daha sonra Nijniy Novqorod administrasiyası danışıqlardan çəkilib.

Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti isə danışıqları davam etdirir.

600 min manatlıq gəmi

Əsl adı olan"Maksim Qorki" teploxodunun alınması barədə danışıqların getdiyini BBC Azərbaycancaya Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

Qurumun mətbuat xidmətin rəhbəri Mehman Mehdiyevin sözlərinə görə, danışıqlar hazırda davam etdirilir.

O deyib ki, "Maksim Qorki teploxodunun alınması ilə bağlı gəmiçiliyin niyyəti var, lakin hələ ki, son qərar verilməyib".

Rusiya nəşrinin məlumatına görə, teploxodun satış qiyməti təxminən 20 milyon rus rublu civarında qiymətləndirilir. Bu da Azərbaycan manatı ilə 600 min manat edir.

Eksponat

"Kommersant"-ın yaydığı məlumatda o da qeyd olunur ki, Xəzər Dəniz Gəmiçiliyi bu il yaradılmasının 160 illiyini qeyd edəcək və buna görə də "Maksim Qorki" gəmisi dəniz donanması muzeyi üçün eksponat kimi istifadə oluna bilər.

Gəminin uzunluğu 69 metr, eni isə 13 metrdir. Teploxod saatda 30 kilometr sürət yığa bilir.

"Stalinin yaxtası" adı ilə məşhurlaşsa da, SSRİ rəhbərinin bu yaxtada dincəldiyinə dair rəsmi məlumat yoxdur.

Heç 1935-ci ildə Maksim Qorkinin də bu teploxoddan istifadə etdiyi təsdiqini tapmayıb.

Bu barədə daha geniş