ABŞ hökumətinin "bağlanması" Azərbaycana təsir edəcəkmi?

Konqres Fotonun müəllifi Getty Images
Image caption Konqres fevralın 16-na kimi federal hökumətin maliyyələşdirilməsini təmin edəcək qanunu təsdiq etmişdi.

ABŞ-ın Azərbaycandakı Səfirliyi ABŞ hökuməti öz fəaliyyətini bərpa edənə qədər öz Facebook paylaşmalarını dayandıracaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi Facebook səhifəsində yazılıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyi ABŞ hökuməti öz fəaliyyətini bərpa edənə qədər öz Facebook paylaşmalarını dayandıracaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi Facebook səhifəsində yazılıb.

ABŞ səfirliyindən BBC Azərbaycancanın sorğusuna cavab olaraq bildirilib ki, əvvəlcədən planlaşdırılan pasport və viza xidmətləri, ABŞ və xaricdəki nümayəndəliklərdə fasilə müddətində davam edəcək.

ABŞ Senatının yeni büdcə barədə razılığa gələ bilməməsindən sonra federal hökümət "rəsmən bağlanmağa" başladığını elan edib..

Konqres fevralın 16-na kimi federal hökumətin maliyyələşdirilməsini təmin edəcək qanunu təsdiq etmişdi.

Bu qanunun qüvvəyə minməsi üçün Senatda 60 səsin yığılması tələb olunurdu, ancaq lazımı səs çoxluğu olmadı.

Beləliklə ABŞ tarixində ilk dəfə olaraq həm Konqresdə, həm Senatda, həm də Ağ Evdə eyni partiyanın çoxluqda olduğu dönəmdə federal hökumət bağlandı.

Hazırda ABŞ-da hakimiyyətin hər üç qolu da Respublikaçıların əlindədir.

ABŞ-da federal hökumətin bağlanması, təcili və vacib vəzifələri olmayan dövlət işçilərinin məcburi ödənişsiz məzuniyyətə göndərilməsi və bir çox dövlət proqramlarının dayandırılması deməkdir.

Əlaqəli mövzular

Bu barədə daha geniş