AZAL: "Eniş etmədən geri dönən Bakı-İstanbul təyyarəsinin tranzitdən istifadə edən sərnişinlərinə kompensasiya ödəniləcək"

AZAL, Nasazlıq, Bakı
Image caption AZAL-ın İstanbula uçan təyyarəsi eniş etmədən Bakıya qayıdıb

Dekabrın 23-də Bakı-İstanbul marşrutu üzrə uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə İstanbula eniş etmədən Bakıya geri qayıdıb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski BBC Azərbaycancaya deyib ki, təyyarə texniki problem səbəbindən Bakıya dönüb, daha sonra təyyarədə olan sərnişinlər növbəti reyslə İstanbula yola salınıb, iki reys birləşdirilib.

"Kapitan hər ehtimala qarşı geri qayıtmaq qərarına gəlib. Təyyarədə yanacaq çox olduğundan təyyarə müəyyən müddət uçmalı olub. Təyyarə Bakıya geri qayıtdıqdan bir neçə saat sonrakı reyslə sərnişinlər İstanbula yola salınıb", - Paşa Kəsəmənski bildirib.

AZAL rəsmisi onu da deyib ki, təyyarədə olan tranzit sərnişinlərə dəyən zərər qaydalara uyğun olaraq şirkət tərəfindən qarşılanacaq.

Bu barədə daha geniş