Bayıl sürüşməsi: Ərazidə geoloji kəşfiyyat işləri başlayıb

BAyıl, sürüşmə, kəşfiyyat
Image caption Bayıl sürüşmə bölgəsində bu gündən geoloji kəşfiyyat işləri başlayıb

Sürüşmə zonasında torpağın strukturunu öyrənmək üçün geoloji kəşfiyyat işləri başlayıb.

Bunu BBC Azərbaycancaya Ekologiya və Təbii Sərvətlər nazirliyinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib:

"Tədqiqat işlərinə başlanıb. 2 gün əvvəl qoyulan mayakların əksəriyyətində çatlar əmələ gəlib".

O həmçinin deyib ki, "bu gün hava yağışlı olduğundan yeni mayakların qoyulması mümkünsüzdür, amma sürüşmənin davam etdiyini demək olar".

Mütəxəssis bildirib ki, aparılan tədqiqatlar miqyasından asılı olaraq təxminən 2 həftə çəkə bilər.

"Təqdqiqatın nəticələrinin hamısı əldə olunduqdan sonra ona uyğun bir qərara gələcəyik".

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bayıl torpaq sürüşməsi: "Mən gedim kimin evinə sığınım"

Sürüşməyə meylli ərazidə 67 ev müəyyən olunub. Orada yaşayan 390 nəfər Səbail RİH tərəfindən köçürülüb.

Onlardan 34 ailə məcburi köçkündür. Sakinlərin əksəriyyəti qohum və tanışlarının evlərində, 42 nəfər isə rayon ərazisindəki 163 saylı orta məktəbdə yaradılan sığınacaqda məskunlaşıb.

Sürüşmə ərazisi Teleqüllədən 200-250 metr cənub-şərqdə yerləşir.

Bu barədə daha geniş