İlham Əliyev regionların iqtisadi və sosial vəziyyəti barədə danışıb

Aliyev Fotonun müəllifi Azər Tac

Bazar ertəsi günü prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi çıxışında son 14 il ərzində görülən bütün işlərin və əldə edilən nəticələrin Azərbaycanın "uğurla, sürətlə inkişaf edən" ölkə olduğunu göstərdiyini deyib.

Prezident Əliyev 2004-cü ildə qəbul edilmiş proqramın "Azərbaycan regionlarında dönüş" yaratdığını və son 14 il ərzindəki "reallıqların onun verdiyi bütün vədlərin artıqlaması ilə" yerinə yetirildiyini göstərdiyini vurğulayıb.

O, nitqində Azərbaycanda son 14 il ərzində regionların iqtisadi və sosial vəziyyətinə dair bir neçə statistik məlumatlar da paylaşıb.


Həmçinin oxuyun:


Cənab Əliyev verdiyi məlumatlarda qeyd edib ki, son 14 il ərzində Azərbaycanda:

  • 30 elektrik stansiya tikilib
  • qazlandırılma səviyyəsi 51 faizdən 93 faizə yüksəlib
  • fasiləsiz içməli su təminatı 26 faizdən 67 faizə yüksəlib
  • dörd su anbarı tikilib (Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları)
  • 12 min 300 kilometr yol çəkilib
  • iqtisadiyyat 3,2 dəfə artıb
  • valyuta ehtiyatları 1,8 milyard ABŞ dollarından 42 milyard dollara yüksəlib
  • iqtisadiyyata 231 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub
  • əhali 1,5 milyon artıb
  • 1,4 milyon daimi iş yeri yaradılıb
  • yoxsulluq səviyyəsi 50 faizdən 5.4 faizə enib
  • 3100-dən çox məktəb, 642 tibbi müəssisə tikilib.

Bu barədə daha geniş