Bakı metrosunda qatarlararası fasilə bərpa olunub

metro, sıxlıq, bakı
Image caption Bakı metrosunda səhər saatlarında sıxlıq yaşanıb

Bakı metrosunda səhər saat 07:15 radələrində yaranmış sıxlıq aradan qaldırılıb və qatarlararası fasilə bərpa olunub.

Bu barədə BBC Azərbaycancaya Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarında 13 saylı marşurut üzrə hərəkət edən qatarda nasazlıq yaranıb və qatar depoya göndərilib, yerinə yeni qatar xəttə buraxılıb.

Buna baxmayaraq, stansiyalarda təqribən 15 dəqiqə müddətində sərnişin sıxlığı yaşanıb.

Metropoliten rəsmisi bildirib ki, "artıq qatarlararası fasilə bərpa olunub, normal hərəkəti təmin olunub".

Bu barədə daha geniş