Ali məktəblərə sənəd qəbulu və imtahan tarixləri açıqlandı

imtahan Fotonun müəllifi FREDERICK FLORIN

Dövlət İmtahan Mərkəzindən BBC Azərbaycancaya bildirilib ki, 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə müxtəlif ixtisas qrupları üzrə ikinci qəbul imtahanın vaxtı müəyyənləşib.

O cümlədən, I-V ixtisas qrupları üzrə ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinin və digər tədbirlərin də tarixi artıq dəqiqləşdirilib:

Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

Mərkəzdən o da bildirilib ki, ikinci imtahan I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək.

V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaq.

Məlumatda o da bildirilir ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 25-də, II mərhələsi iyunun 3-də, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 1-də, ikinci mərhələsi isə iyulun 8-də keçiriləcək.

Ölkə üzrə 9 illik orta təhsil bazasında oxuyanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq.

9 illik orta təhsil bazasında buraxılış imtahanlarının ikinci mərhələsi və 11 illik orta təhsil bazasında təhsilalanlar üçün isə imtahanlar 21, 27 iyun və 3 iyul tarixlərində təşkil olunacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş