Birjalarda eniş Azərbaycanın aktivlərinə necə təsir göstərib?

Treyder (arxiv) Fotonun müəllifi Getty Images

Dünya boyu birjalarda eniş Azərbaycan Dövlət Neft Fondunun ümumi investisiya portfelinə də təsirsiz ötüşməyib, Fonddan BBC Azərbaycancaya bildiriblər.

Çərşənbə günü Asiya birjaları ardınca London, Frankfurt və Paris birjalarında əsas indekslərin dəyəri aşağı düşüb.

ARDNF bildirir ki, bu fondun işinə təsir göstərsə də onun miqyası o qədər də geniş olmayıb və ilin əvvəlindən "ümumi gəlirlilik qeydə alınıb".

"Hazırda ARDNF-nin ümumi investisiya portfelində səhm investisiyalarının çəkisi 11% təşkil edir ki, burada da ABŞ-nın payı təxminən 40%-ə bərabərdir", - Fond BBC Azərbaycancanın sualını cavablayarkən bildirir.

"Lakin ARDNF-nin vəsaitlərinin həcmində səhmlər yuxarıda qeyd edildiyi kimi daha az hissəni təşkil etdiyindən ümumi gəlirlilikdə ilin əvvəlindən bəri müsbət gəlirlilik qeydə alınıb".

ARDNF bildirir ki, investisiya portfelinin əhəmiyyətli hissəsi (təxminən 77%) sabit gəlirli qiymətli kağızlardan ibarətdir.

O, müxtəlifləşdirilmiş yatırımlar arasında daşınmaz əmlak və qızıl kimi aktivlərin olduğunu qeyd edir.

"Təbii ki, səhm yatırımları uzunmüddətdə daha yüksək gəlirlilik vəd etsə də, qısamüddətli qiymət dəyişkənliyinə daha çox məruz qalırlar", məlumatda deyilib.

Bu barədə daha geniş