Jurnalist Əfqan Muxtarlı yasa görə azadlığa buraxıldı

Əfqan Muxtarlı, azadlıq Fotonun müəllifi E. Fəttah
Image caption Əfqan Muxtarlı müvəqqəti azadlığa buraxılıb

Əfqan Muxtarlı ailə üzvlərinin yas mərasimində iştirak etmək üçün müvəqqəti azadlığa buraxılıb.

Bu barədə BBC Azərbaycancaya onun yaxınlarından Elman Fəttah məlumat verib."Əfqan Muxtarlı iki günlük yasda iştirak edəcək, birisi gün isə səhər təcridxanaya qayıdacaq".

Dekabrın 31-də Əfqan Muxtarlının bacısı, onun və qardaşının azyaşlı uşaqlarının meyiti Zaqatalada yaşadıqları evdə ölü tapılmışdı. İlkin ehtimallara görə, onlar dəm qazından zəhərləniblər. Bu gün onların 40 mərasimi keçirilir və Əfqan Muxtarlı orada iştirak edir.

Əfqan Muxtarlı BBC Azərbaycancaya bildirib ki, həbsi barədə məhkəmənin qərarından apeliasiya şikayəti verilib, amma hələ ki, məhkəmənin vaxtı təyin olunmayıb.

Jurnalist onu da deyib ki, onun işi Avropa İnsan Haqları Məhkəməsindədir və Azərbaycanda Apellyasiya Məhkəməsində baxıldıqdan sonra Avropa Məhkəməsi də ona uyğun işə baxacaq.

Fotonun müəllifi E. Fəttah
Image caption Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib

Məhkəmə Əfqan Muxtarlını mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhəddini qanunsuz keçmək ittihamı ilə 6 il azadlıqdan məhrum edib.

Əfqan Muxtarlı bu ittihamları təkzib edir və mayın 29-da axşam saatlarında yaşadığı Gürcüstan paytaxtı Tbilisidən oğurlanaraq Azərbaycana aparıldığını deyir.

O, Gürcüstanda saxlandığı və Azərbaycana aparıldığı gün döyüldüyünü, daha sonra cibinə 10 min avro qoyulduğunu deyib.

Məhkəmə Əfqan Muxtarlını qaçaqmalçılıq, sərhədi qanunsuz keçmək və sərhəd xidməti əməkdaşının həyat və sağlamlığına zor tətbiq etməkdə təqsirli bilib.

Bu barədə daha geniş