MSK: Seçkiqabağı təbliğat-təşviqat kampaniyası Novruz bayramı günlərində də davam edəcək

Mərkəzi Seçki Komissiyasının binası Fotonun müəllifi President.az

Mərkəzi Seçki Komissiyası (MSK) 60 günlük seçki kampaniyası dövründə hər gün fəaliyyət göstərəcək, bu barədə MSK-nın mətbuat xidmətindən BBC Azərbaycancaya məlumat verilib.

Qurumun mətbuat katibi Şahin Əsədli bildirib ki, seçkiqabağı təbliğat-təşviqat kampaniyasının müddəti Novruz bayramı ilə eyni günlərə təsadüf etsə də, təbliğat-təşviqat hüququna malik hər kəs bu hüquqdan istifadə edə biləcək:

"Təbliğat-təşviqat aparmaq hüququna malik olan istənilən subyekt martın 19-dan aprelin 10-u səhər saat 8:00-dək təbliğat-təşviqat aparmaq hüququna malikdir", cənab Əsədli qeyd edib.



Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsinə əsasən, növbədənkənar prezident seçkiləri ilə bağlı qərar qəbul edildiyi gündən başlayaraq, bir həftədən gec olmayaraq, seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 2 ay ərzində keçirilir.

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi keçiriləcək, bu barədə ölkə prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Hələlik Müsavat, Klassik Xalq Cəbhəsi (KXCP) və Yeni Azərbaycan partiyaları öz namizədlərini açıqlayıb.

Müsavat Partiyası keçmiş başqanları İsa Qəmbəri, KXCP isə hazırkı sədrləri Mirmahmud Mirəlioğlunu müdafiə edir.

Yeni Azərbaycan Partiyası isə partiyanın VI qurultayında İlham Əliyevi aprelin 11-nə təyin edilən növbədəkənar prezident seçkisinə namizəd kimi göstərib.

Bu barədə daha geniş