"İki ilə Azərbaycan qazı Avropa bazarlarına çatacaq"

Cənub Qaz Dəhlizi layihəsi

Bu ilin ortasında ilk Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsi ilə Türkiyəyə çatdırılacaq. Bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 4-cü iclasından sonra keçirilən mətbuat konfransında energetika naziri Pərviz Şahbazov deyib.

"2020-ci ilə isə "Şahdəniz" qazı İtaliyanın cənubuna çatdırılacaq", nazir əlavə edib.

Pərviz Şahbazovun sözlərinə görə, "Azərbaycan daim neft ölkəsi kimi tanınıb, amma Cənub Qaz Dəhlizi layihəsi ilə təbii qaz hasil edən ölkəyə çevrilir".

Nazir vurğulayıb ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə qazını Avropaya ixrac etmək imkanı əldə edib:

"Dünya qaz bazarlarına çıxmaq bizim üçün əsas prioritetlərdəndir", o deyib.

Pərviz Şahbazov Azərbaycanln neft və qaz strategiyasını uğurla həyata keçirdiyini vurğulayıb.

"Biz bu layihə ilə Avropanın enerji təhlükəsizliyinə töhfə veririk".

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin bu gün keçirilən dördüncü iclası çərçivəsində görüş iştirakçıları "Birgə Bəyannamə" imzalayıb.

Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycan qazını Gürcüstan, Türkiyə Yunanstan, Bolqarıstan, Albaniya ərazilərindən və Adriatik dənizin dibindən keçməklə İtaliyaya çatdırmağı nəzərdə tutur.

Bu barədə daha geniş