Azərbaycanda prezident seçkiləri: daha iki namizəd təsdiq olunub

seçki, prezident seçkiləri, təbliğat
Image caption Mərkəzi Seçki Komissiyası

Şənbə günü Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-nə təyin edilmiş Azərbaycan prezidentinin seçkilərində namizədlərin irəli sürülməsi ilə bağlı məsələyə baxaraq, daha 2 nəfərin namizədliyini təsdiq edib.

Əli Əliyevin namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülüb. Sərdar Məmmədov isə Azərbaycan Demokrat Partiyasının nümayəndəsidir.

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş prezident İlham Əliyev qeydiyyatdan fevralın 14-də keçib.


Bu ilin payızında keçiriləcəyi gözlənilən seçkilər, ertələnərək 11 aprelə təyin olunub.

Milli Şura da daxil, bir neçə müxalif siyasi qurum seçkilərin ertələnməsi barədə qərarı tənqid edərək səsverməni boykot edəcəyini bildirib.

Hakimiyyət erkən seçki qərarını, o cümlədən ölkədə bir neçə əhəmiyyətli yerli və beynəlxalq tədbirin üst-üstə düşməsi ilə izah edib.

Qanuna görə, rəsmi qeydiyyatdan keçmək üçün ən azı 60 seçki dairəsini əhatə edən 40 min seçicinin imzası tələb olunur. Ərizələrin qəbulu 12 martda başa çatır.


Bu barədə daha geniş