Dövlət İmtahan Mərkəzi: 9-cu sinif üçün buraxılış imtahanlarının vaxtı açıqlandı

buraxılış imtahanı, orta məktəb, dövlət imtahan mərkəzi Fotonun müəllifi FREDERICK FLORIN
Image caption Orta məktəbin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, bölgələr üzrə orta təhsil bazasında 9-cu sinif buraxılış imtahanlarının I mərhələsinin keçirilmə vaxtları martın 4-ündə, 8-ində və 18-də müəyyən edilib.

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını oxuduqları orta məktəbin yerləşdiyi ərazidə verə bilərlər.

Heydər Əliyev adına hərbi lisey və Cəmşid Naxçıvanski adına hərbi liseyin şagirdləri üçün imtahan martın 4-də nəzərdə tutulub.

Peşə liseyləri (11-ci sinif) Bakı şəhərində yerləşən xüsusi məktəblərin, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də keçiriləcək.

TARİX Şəhər (rayon)
04.03.2018 Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikası
11.03.2018 Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran
18.03.2018 Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir,Balakən, Zaqatala,Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik,Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı

Bu barədə daha geniş