Azərbaycanda maliyyə çatışmazlığından heyvan sığınacağı bağlanır

animals, heyvanlar, sığınacaq, evsiz heyvanlar Fotonun müəllifi aarc.az
Image caption 9 İldir fəaliyyət göstərən heyvan sığınacağı maliyiyyə çatışmazlığı səbəbindən bağlanır

Bakıda 9 ildir fəaliyyət göstərən Azərbaycan Animal Rescue Centre fevralın 28-dən etibarən fəaliyyətini dayandıracağını elan edib.

Bu barədə BBC Azərbaycancaya danışan mərkəzin director müavini Vüsalə Ali deyir ki, maliyyəsiz işi aparmaq mümkün deyil.

"Maddi cəhətdən dəstək ala bilmədiyimiz üçün 9 illik əziyyətimiz sona çatır", Vüsalə Ali təəssüflə qeyd edir.

"Bir neçə gündür, burada olan heyvanları ailələrə vemək istəyirik, onları yenidən küçəyə buraxmaq onları ölümə tərk etmək olar", Vüsalə Ali deyir.

Onun sözlərinə görə, sığınacaq bağlanıb ən sonuncu heyvan sahibləndirilənədək burada bir neçə əməkdaş və könüllülərin fəaliyyəti olacaq.

"İndiyə kimi İranlı biznesmen, Ahadpoor Khangah sığınacağı maliyyələşdirirdi, indi isə bizə məlum olmayan səbəblərdən bunu edə bilmir", - Vüsalə Əli deyir.

Fotonun müəllifi aarc.az
Image caption Bir çox heyvanlar üçün sabiblər tapılsa da hələ də sığınacaqda 100-dən çoxu qalmaqdadır

Fəaliyyətdə olduğu zaman mərkəzin 6000 heyvanın qısırlaşdırılmasında iştirak etdiyini deyən mərkəzin direktor müavini bu işləri 50-yə qədər işçinin həyata keçirdiyini bildirib.

Onun sözlərinə görə, bir neçə gündür xeyli heyvan yeni sahiblərinə verilsə də, hələ 100-dən artıq heyvan qalır.

Mərkəz rəsmisi onu da deyib ki, heyvanlara sahib olmaq istəyənlər əvvəl araşdırılır və bu məsuliyyətə kim cavab verirsə, heyvanlar onlara verilir.

O həmçinin bildirib ki, sosial şəbəkədə heyvanların yatızdırılacağıyla bağlı yayılan xəbərlər doğru deyil və ötən 9 il ərzində bu mərkəzdə elə hala rast gəlinməyib.

Bu barədə daha geniş