Bakı metrosu: Qatarların normal hərəkəti təmin olunub

qatar, metro Fotonun müəllifi APA
Image caption Qatarların hərəkətində ləngimə metro stansiyalarında sıxlıq yaradıb

Bakının Nəriman Nərimanov metro stansiyasında baş berən texniki nasazlıq qatarların hərəkətini ləngitsə də, artıq problem aradan qaldırılıb, Bakı Metropoliteni bildirir.

Bazar ertəsi səhər saatlarında Bakı metrosunda qatarların arasında interval 30-45 dəqiqəyə çatıb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Ulduz və Nəriman Nərimanov stansiyaları arasında işarəvermə avadanlığında texniki nasazlıq baş verib.

Onun sözlərinə görə, qatarların hərəkət intervalında bu səbəbdən gecikmə baş verib. "Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik", o deyib.

Cənab Paşayev BBC Azərbaycancaya deyib ki, artıq qatarların hərəkətində fasilələr aradan qaldırılıb.

BBC Azərbaycancanın müxbiri qatarların gecikməsi səbəbindən metro stansiyalarında sıxlıq yarandığını müşahidə edib.

"Saat 08:09-da hərəkətə başlayan qatar 09:00-da Gənclikə çatdı. Vaqonda həm sıxlıq, həm panika vardı. Çox dəhşət idi. Ürəyi gedənlər, dava salanlar", bir Facebook istifadəçisi yazır.

Başqa biri sosial mediada qeyd edir ki, İnşaatçılardan Nizamiyə gedə bilməyib, 20 yanvar metrosundan istifadə etmək istəsə də, "daha betər duruma düşdüm", deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş