Novruz Bayramında əfv olmaya bilər

əfv, məhbuslar, siyasi məhbuslar, Novruz bayramı Fotonun müəllifi SEBASTIEN BOZON/AFP/Getty Images
Image caption Əliməmməd Nuriyev: "Ola bilər ki, Novruz bayramı ərəfəsində əfv sərəncamı olmasın"

Prezident yanında Əfv Komissiyasının iclasları davam edir, amma ola bilsin ki, bu iclaslar heç Novruz bayramına kimi yekunlaşmasın və əfv siyahısı hazırlanmasın, Azərbaycancaya Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir.

"Ola bilər ki, Cümhuriyyət bayramı ərəfəsində biz əfv sərəncamı imzalanmasının şahidi olduq"- Əliməmməd Nuriyev SBBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, hər bir müraciət diqqətlə araşdırılmalıdır və Əfv Komissiyası bu məsuliyyəti yaxşı başa düşür.

Əliməmməd Nuriyev onu da deyib ki, "əfvin vaxtını müəyyən etmək və kimlərin bağışlanması prezidentin səlahiyyətindədir və yalnız onun iradəsindən asılıdır".

Keçmiş millət vəkili onu da deyib ki, bu günə kimi komissiyada yüzlərlə müraciətlə baxılıb və bu prosess hələ də davam edir.

Əfv Komissiyası üzvü Rəşad Məcidov də hesab edir ki, əfv siyahısını Novruz bayramına kimi çatdırmaq olmayacaq.

Onun sözlərinə görə, "çox müraciətlər var, indiyə kimi beşdən artıq iclas keçirilib, təxminən 700-ə kimi işə baxılıb, amma Novruz Bayramına güman ki, çatmayacaq".

"Böyük əfv"

Rəşad Məcidov deyib ki, bu il müraciətlərin sayı çox olduğundan komissiya qərara alıb ki, "yaxşı olardı ki" əfv may ayında olsun.

2017-ci ilin martın 16-da, Novruz bayramı ərəfəsində prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Beynəlxalq və yerli insan haqları təşkilatlarının "siyasi məhbus" adlandırdıqları şəxslərin bəzilərini azadlığa buraxıb.

Onların sırasında 2014-cü ildə həbs edilmiş və Amnesty İnternational tərəfindən vicdan məhbusu elan edilmiş Əbdül Əbilov və AXCP fəalı Elvin Abdullayev, Azadlıq qəzetinin keçmiş baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zayidov və Meydan TV-nin təsisatçısı Emin Millinin şərti azadlığa buraxılmış qaynı Nazim Ağabəyov də daxildir.

İsmayıllıda üsyanlardan sonra həbs edilən Cəfər Cəfərov və Səxavət Səmədov da ötən ilki əfv fərmanı ilə azad ediliblər.

2013-cü ilin yanvarın 23-24-də İsmayıllıda "Çıraq" otelinin inzibatçısı və digər şəxslə yerli sakinlər arasında mübahisədən sonra, sakinlər oteli və həyətdəki avtomobilləri yandırıb.

Sakinləri sakitləşdirmək üçün rayona təhlükəsizlik qüvvələri gətirilib və icra başçısı Nizami Ələkbərov istefaya göndərilib.

İsmayıllı hadisələrinin araşdırılması zamanı 18 nəfər həbs olunub.

Bu barədə daha geniş