Azərbaycan: Ordu genişmiqyaslı təlimlərə başlayıb

telim Fotonun müəllifi mod.gov.az

Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayıb, Müdafiə Nazirliyi bildirir.

Təlimlər prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən başlayıb.

Həmçinin oxu:

Təlimlərə 25 minədək şəxsi heyət, 250-yədək tank və digər zirehli texnika, minədək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-yə yaxın müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Genişmiqyaslı təlimlər 5 gün, yəni matın 17-nə qədər davam edəcək.

Fotonun müəllifi mod.gov.az
Fotonun müəllifi mod.gov.az

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki, Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.

1994-cü ildə tərəflər arasında atəşkəs bağlansa da, hər iki ölkə tez-tez atəşkəsin pozulmasına dair xəbərlər yayır.

Ötən ilin oktyabrında ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutub.

Görüşdə tərəflər təmas xətti boyunca gərginliyi azaltmağa razılaşıblar.

Bu barədə daha geniş