Azərbaycan: 36 mindən çox şagird buraxılış imtahanı verəcək

students Fotonun müəllifi FREDERICK FLORIN

Martın 18-də 9-cu və ilk peşə-ixtisas təhsili müəssisələrinin 11-ci sinif şagirdləri buraxılış imtahanı verəcək, Dövlət İmtahan Mərkəzi bildirir.

Qurum bildirir ki, respublikanın 30 şəhər və rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi, 23 şəhər və rayonda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

Həmin gün ümumilikdə 36 mindən çox şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə martın 11-dən etibarən çap edib götürə bilirlər.

İmtahanların keçirilməsi üçün ümumilikdə 127 imtahan mərkəzi ayrılıb.

İmtahanların idarə olunmasına ümumilikdə 285 imtahan rəhbəri, 3278 nəzarətçi-müəllim ayrılıb, qurum deyir.

Bu barədə daha geniş