OPEC-in baş katibi: "Neft hasilatı üzrə razılaşmada İlham Əliyevin xüsusi rolu olub"

OPEC-in nümayəndə heyəti və prezident İlham Əliyev Fotonun müəllifi President.az
Image caption OPEC-in baş katibi (soldan ikinci), rəhbərlik etdiyi nümayəndə heyətilə Azərbaycana səfərdədir

Bazar günü neft ixrac edən ölkələri OPEC kartelinin baş katibi Məhəmməd Barkindo Azərbaycanda prezident Əliyevlə keçirdiyi görüşdə ona, neft hasilatı üzrə razılaşmanın əldə edilməsində oynadığı rola görə təşəkkürünü çatdırıb.

Görüşdə cənab Barkindo ilə prezident Əliyev OPEC-lə Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə danışıblar, prezident administrasiyası bildirib.

Məhəmməd Barkindo İlham Əliyevin OPEC və qeyri-OPEC üzvlərinin əməkdaşlığı üzrə bəyanatın formalaşmasına gətirib çıxaran yüksək səviyyəli texniki komitəyə həmsədrliyini yüksək qiymətləndirdiyini deyib.

O, həmçinin əlavə edib ki, Azərbaycan, üzərinə düşən bütün öhdəlikləri tam şəkildə yerinə yetirir.


Həmçinin oxuyun:


Bundan əvvəl prezident Əliyev cənab Barkindo ilə yanvarın 25-də Davos şəhərində Dünya İqtisadi Forumunda görüşüb.

Bu görüşdə OPEC-in baş katibi prezident Əliyevə OPEC və geyri-OPEC ölkələri arasında əldə edilmiş razılaşmanın icra edilməsində oynadığı rol üçün təşəkkürünü çatdırmışdı.

Əməkdaşlıq Bəyanatı adlı razılaşmadan məqsəd OPEC və 11 qeyri-OPEC ölkələsinin neft hasilatını ixtisar etməsi ilə bazar qiymətlərində sabitliyin əldə olunmasıdır.

2016-cı ildə əldə edilmiş razılaşma davam etməkdədir.

Bu barədə daha geniş