Futbol: Elvin Yunuszadə millidən çıxarılıb - AFFA

Qurban Qurbanov Fotonun müəllifi Getty Images
Image caption Qurban Qurbanovun komandası cümə günü Belarusa məğlub olub.

Futbol üzrə Azərbaycan millisinin üzvü Elvin Yunuszadə yığmanın heyətindən kənarlaşdırılıb.

"Elvin Yunuszadə nizam-intizam qaydalarını pozduğu üçün milli komandanın heyətindən çıxarılıb", Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytında bildirilir.

Qısa açıqlamada qərarın səbəbləri barədə məlumat verilmir.

"Qarabağ" komandasının oyunçusu barədə qərar millinin baş məşqçisi Qurban Qurbanov tərəfindən verilib, APA agentliyi bildirir.

Cümə günü Bakıda keçirilən yoldaşlıq oyununda Azərbaycan yığması Belarus komandasına 0:1 hesabı ilə məğlub olub.

Martın 27-də Azərbaycan Makedoniya ilə qarşılaşacaq.

Oyun Türkiyənin Antalya şəhərində keçirilməlidir.

Bu barədə daha geniş