Milli Şura ilə Müsavat partiyası etiraz aksiyası keçirib
Milli Şura ilə Müsavat partiyası etiraz aksiyası keçirib
Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda Demokratik Qüvvələrin Milli Şurası ilə Müsavat Partiyası növbədənkənar prezident seçkilərinə qarşı etiraz nümayişi keçirib
Nümayişdə "Azadlıq istəyirik", "Qul deyilik!", "Növbədənkənar diktatura", "Səhiyyə can üstədi, təhsilimiz xəstədi" və "Şah qanun olmasın, qanun şah olsun!" kimi şüarlar səsləndirilib.
Hakimiyyət nümayişdə 1200 nəfərin iştirak etdiyini bildirir, müxalifət mitinqə qatılanların daha çox olduğunu iddia edir.