Şəki: qeysəriyə əməliyyatından sonra ölən qadına görə xəstəxana rəhbəri həbs edilib

Baş Prokurorluq Fotonun müəllifi APA

Şəkidə 31 yaşlı qadının doğuşdan sonra ölümü ilə bağlı aparılan araşdırma nəticəsində xəstəxananın başçısı həbs edilib.

Baş Prokurorluğun məlumatına görə, Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan martın 28-də Şəki Regional Perinatal Mərkəzində qeysəriyə əməliyyat olub.

O, üç gün sonra isə o elə həmin xəstəxanada vəfat edib.

Bundan sonra Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin "səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda" maddəsi ilə cinayət işi başlanıb.

Nəticədə Şəki Regional Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən şəxs həbs edilib. Şübhəli qismində həbs olunan Saniyə Məmmədova, həmçinin Şəki Regional Perinatal Mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri olub, Baş Prokurorluq bildirir.

Səhiyyə Nazirliyi BBC Azərbaycancaya "istintaq getdiyi üçün" hadisəni şərh etməyib.

Bu barədə daha geniş