Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın: Zəhərlənənlərdən biri xəstəxanadadır

FHN Fotonun müəllifi Azertag.az

Bakıda məcburi köçkünlərin məskunlaşdığı keçmiş sanatoriyada azyaşlı uşağın da zəhərləndiyi yanğın baş verib.

1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin məlumatına görə, yanğın nəticəsində 7 nəfər tüstüdən zəhərlənib. Zəhərlənənlər arasında 2 azyaşlı da var.

Şöbə müdiri Azər Maqsudov BBC Azərbaycancaya deyib ki, bir nəfər istisna olmaqla zərərçəkənlərin hamısı evə buraxılıb.

FHN-in məlumatında deyilir ki, üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 kvadratmetr olan iki otağın və dəhlizin yanar konstruksiyaları, həmçinin binaya bitişik tikilmiş köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları yanıb.

Yanğın Pirşağı qəsəbəsində yerləşən və hazırda fəaliyyət göstərməyən "Gilavar" sanatoriyasında baş verib.

FHN-in məlumatına görə, yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib.

Qurum yanğının söndürüldüyünü bildirib.

Bu barədə daha geniş