Kanal 13-ün rəhbəri Əziz Orucov şərti azadlığa buraxılıb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Kanal 13-ün rəhbəri Əziz Orucov şərti azadlığa buraxılıb

Kanal 13-ün rəhbəri, jurnalist Əziz Orucov azadlığa buraxılıb. Bu barədə onun qardaşı Anar Orucov BBC Azərbaycancaya məlumat verib.

Onun sözlərinə görə, cümə axşamı günü məhkəmədə Əziz Orucovun Ali məhkəmədə kassasiya şikayətinə baxılıb və onun 3 illik şərti azadlığa buraxılması haqda qərar qəbul olunub.

Anar Orucov bildirir ki, məhkəmədən bunu gözləmirdilər.

"Dünən Əzizin yanından çıxanda vəkilə deyiblər ki, bu gün məhkəmədir. Məhkəmənin təyini barədə əvvəlcədən məlumatımız yox idi, bu qəfil proses bizi narahat etdiyindən ictimaiyyətə açıqlamadıq".

Anar Orucov deyir ki, qardaşının həbsi ilə bağlı vəkillər Ali Məhkəməyə kassasiya şikayəti vermişdilər və prosesi gözləyirdilər.

Image caption Kanal 13-ün rəhbəri Əziz Orucov azadlığa buraxılıb

Onun sözlərinə görə, Əziz Orucovun səhhətində ciddi problemlər var, ona görə də çərşənbə günü qardaşını müalicə müəssisəsinə yerləşdiriblər.

"Əzizin xroniki böyrək çatışmazlığına görə davamlı müalicə alması gərəkdir. O, həbsxanada müalicə almırdı deyə azacıq soyuqlayanda böyrəklərində çirklənmə gedib. Bu da səhhətinə pis təsir edib".

Səhhətinə görə Əziz Orucov sonuncu məhkəmə prosesinə qatılmayıb.

Əziz Orucovun xanımı Lamiyə Orucova BBC Azərbaycancaya bildirib ki, həyat yoldaşının 14 saylı cəzacəkmə müəssisəsindən bu gün buraxılması gözlənir.Əziz Orucovun 2017-cilin dekabrin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində 6 il azadlıqdan məhrum edilib.

O, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilib.

Əziz Orucov ittihamları qəbul etmir.

Bu barədə daha geniş