İlham Əliyevdən çağırış: "Biz bir-birimizi dəstəkləməliyik"

Bakıda Qoşulmama Hərəkatının Fotonun müəllifi President.az
Image caption Qoşulmama Hərəkatında 120 dövlət qoşulub

Azərbaycan prezidenti Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimində konfrans iştirakçılarını həmrəyliyə çağırıb: "Biz ancaq birlikdə güclü ola bilərik".

"Biz bir-birimizi dəstəkləməliyik. Bizim demək olar ki, oxşar problemlərimiz və oxşar keçmişimiz var", Azərbaycan prezidenti İlham Əliyev deyib.

BBC Azərbaycancaın müxbiri xəbər verir ki, ölkə prezidenti cümə axşamı Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimində konfrans iştirakçılarını həmrəyliyə çağırıb: "Biz ancaq birlikdə güclü ola bilərik".

Konfransın mövzusu "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi"dir.

BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajcak ilk növbədə konfliktlərin qarşısının alınmalı olduğunu qeyd edib.

"Konflikt davam etdiyi halda insanlar sosial və iqtisadi inkişaf əldə edə bilməz. Davamlı inkişaf üçün qlobal səviyyədə səylərimizi artırmalıyıq", cənab Lajcak deyib.

Venesuela prezidenti Nikolas Maduro Hərəkatın nüvə silahı istehsal edən ölkələri dünyada sülh və təhlükəsizliyi təmin etməyə çağırdığını deyib: "Birlikdə sülh və təhlükəsizliyi təmin edə bilərik", o bildirib.

Qoşulmama Hərəkatına 120 dövlət qoşulub.

17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Hərəkata qoşulub.

Azərbaycan 2019-cu ildə Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi, 2019-2022-ci illər ərzində isə quruma sədrlik edəcək.

Bu barədə daha geniş