7 milyon əvəzində 5 milyon 300 min seçici: Səbəbini Məzahir Pənahov izah edir

Məzahir Pənahov Fotonun müəllifi APA

"Səsvermə hüququ seçici siyahısı ilə məhdudlaşmır", çərşənbə günü mətbuat konfransında BBC Azərbaycancanın seçki siyahısındakı say azlığı ilə bağlı sualını cavablandıran Məzahir Pənahov deyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda səs vermək hüququna malik vətəndaşların sayı 7 milyondan çoxdur.

MSK-nın seçici siyahısında isə, 5 milyon 300-mindən çox şəxsin adı var.


Həmçinin oxuyun:


Məzahir Pənahov deyib ki, istənilən şəxs səsvermə günü şəxsiyyət vəsiqəsini götürüb yaşadığı dairədəki məntəqədə səs verə bilər.

O, bunun üçün əlavə seçki siyahısının mövcud olduğunu bildirib.

"Heç bir seçici siyahısının ideal olması mümkün deyil. Kiminsə adı çıxa bilər, kiminsə adı daxil ola bilər", o deyib.

Çərşənbə günü, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bu barədə qərarı ölkə prezidenti İlham Əliyev imzalayıb.

Prezidentliyə 8 namizəd var, onlardan 6-sı müxtəlif partiya üzvüdür. Bir nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, bir nəfərin isə özü tərəfindən irəli sürülüb.

MSK-nın verdiyi məlumata görə, ölkədəki 125 seçki dairəsi, 5641 seçki məntəqəsi seçkilərə hazırdır.

Qurum sədri deyib ki, 900-ə yaxın xarici müşahidəçi və 59 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib.

Məzahir Pənahov seçkilərlə bağlı müşahidə aparmaq istəyən heç bir şəxsə nə hər hansı seçki dairəsində və ya MSK-da mənfi cavab verilmədiyini deyib.

Seçkilərdə exit-poll-u 5 təşkilat keçirəcək.

Bundan başqa 1000 məntəqədə vebkamera quraşdırılıb, cənab Pənahov deyib.

Hakimiyyət erkən seçki qərarını ölkədə bir neçə əhəmiyyətli yerli və beynəlxalq tədbirin üst-üstə düşməsi ilə izah edib.

Milli Şura da daxil bir neçə müxalif siyasi qurum seçkinin ertələnməsi barədə qərarı tənqid edərək səsverməni boykot edəcəyini bildirib və bununla bağlı 2 etiraz nümayişi keçirib.

Bu barədə daha geniş