MSK katibi Mikayıl Rəhimov: Qanun pozuntuları ilə bağlı kadrlar araşdırılacaq

Mikayıl Rəhimov

Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov BBC Azərbaycancaya bildirib ki, qanun pozuntuları ilə bağlı MSK-nın kameraları ilə çəkilmiş və eyni zamanda sosial mediada yayılmış kadrlar araşdırılaraq hüquqi rəy veriləcək.

Onun sözlərinə görə bu kadrların mənbəyi etibarlı olmalıdır ki, MSK buna istinad etsin.

Cənab Rəhimovun sözlərinə görə, MSK sadəcə müşahidəçilərin qeydiyyatını həyata keçirib. Həmin müşahidəçilərin seçkini müşahidə edib-etmədikləri isə onların səlahiyyətləri çərçivəsində deyil.

MSK aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələri ilə bağlı hesablanan səsləri açıqlayıb.

Ən son nəticələrə görə İlham Əliyev 86,09 % səs çoxluğu ilə irəlidədir.

Bu barədə daha geniş