Gender Güzgüsü: Azərbaycanda gender əsaslı problemləri işıqlandıran tamaşa
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Gender Güzgüsü: "Tamaşadan sonra anladım ki, qadınlar da kişilərlə bərabər hüquqa malikdir"

Gənclərdən ibarət Y-PEER Azərbaycan Şəbəkəsi aprelin 8-də Gender Güzgüsü adlı tamaşasını nümayiş etdirib.

Bərdə rayonunda və Bakı şəhərində keçirilən təlimlərdən sonra 12 gənc layihənin yekunu olaraq tamaşa hazırlayıb.

Tamaşanın məqsədi cəbhə bölgəsində və paytaxtda yaşayan gənclərin Azərbaycanda olan gender-əsaslı zorakılıq və ayrıseçkilik mövzusunda məlumatlı olduqları problemləri ictimayyətə çatdırmaq olub.

Təlimçi Namiq Abdullayev deyir ki, bu mövzuda dialoqun, müzakirələrin aparılmasını təmin etmək onların əsas ideyası olub.

Tamaşanı ifa edən gənclər təlimçilər tərəfindən təlimləndiriliblər və sosial teatr texnikalarını təcrübədən keçiriblər.

Tamaşa bitdikdən sonra izləyicilər gender mövzusunda və tamaşa ilə əlaqəli mövzularda sual-cavab ediblər.

Təlimin və tamaşaların təşkilində Niderland Krallığının Azərbaycandakı səfirliyi dəstək göstərib.