Prezident İlham Əliyev Londona səfərə gəlib

Prezident İlham Əliyev və Britaniyanın baş naziri Theresa May Fotonun müəllifi Azertag
Image caption Prezident İlham Əliyev və Britaniyanın baş naziri Theresa May

Azərbaycan prezidenti İlham Əliyev Londonda bir günlük rəsmi səfərdə olub.

Aprelin 26-da o, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri xanım Theresa May ilə görüşüb.

Azərtac yazır ki, səfər Theresa May-ın dəvəti əsasında gerçəkləşib.

Downing Street - Britaniya Baş Nazirinin ofisi yaydığı xəbərdə bildirib ki, Theresa May İlham Əliyevin andiçmə mərasimindən sonra Britaniyaya səfər etməsinə görə təşəkkür edib.

Onlar Azərbaycanda demokratiya və insan haqlarını müzakirə ediblər, Downing Street bildirib.

Liderlər Britaniya-Azərbaycan münasibətləri, regional təhlükəsizlik, enerji və BP-SOCAR arasındakı onların görüşündən dərhal sonra imzalanacaq növbəti sazişi də müzakirə ediblər.

Fotonun müəllifi Azertag
Image caption Theresa May İlham Əliyevlə Azərbaycanda demokratiya və insan haqlarını müzakirə ediblər

Azərtac yazır ki, baş nazir İlham Əliyevin səfərinin iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirib.

Böyük Britaniyanın baş naziri Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir. O deyib ki, hər iki ölkənin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirilir.

İlham Əliyev bildirdi ki, hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır və bunun üçün böyük potensial var.

İlham Əliyevin və Theresa May-ın iştirakı ilə Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.

İlham Əliyev Londonda BP şirkətinin icraçı direktoru Bob Dudley-lə görüşüb.

Görüşdə "Şahdəniz" layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb, Azərtac yazıb.

Müzakirələrdə "Şəfəq-Asiman" strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilib.

İlham Əliyev Britaniya parlamentinin bir qrup deputatı ilə də görüşüb.

Bundan əvvəl isə İlham Əliyev 11 aprel prezident seçkisindən sonra ilk səfərini Turkiyəyə etmişdi.

Bu barədə daha geniş