Formula 1 üzrə Azərbaycan Grand Prix-ni Hamilton udub

Hamilton Fotonun müəllifi Getty/ Mark Thompson

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Grand Prix yarışını Mercedes komandasından Lewis Hamilton qazanıb.

Bu, Hamilton-un mövsümdə ilk qələbəsidir.

İkinci yeri Ferrari komandasından Kimi Raikkonen, üçüncü yeri isə Force India komandasından Sergio Perez tutub.

Sıralama turunun qalibi Ferrari komandasından Sebastian Vettel isə yarışda dördüncü yerə çıxıb.

Yarış zamanı bir neçə qəza baş verib. Red Bull komandasının 2 pilotunun idarə etdiyi bolidlər bir-birinə çırpılıb.

Bundan sonra ötən ilin qalibi Red Bull komandasının pilotu Daniel Ricciardo yarışda mübarizəsini dayandırıb.

Ondan başqa daha 6 pilot da yarışda mübarizəsini dayandırıb.

Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da yarıəşı izləyib.

Bundan əvvəl Formula 2 üzrə ikinci yarışın qalibi isə Fransanın Art Grand Prix komandasının pilotu George Russell olub.

Yarışda ikinci yeri Carlin Motorsport komandasından Sergio Sette Camara, üçüncü yeri isə Prema Powerteam-dən Nyck de Vries tutub.

Şənbə günü keçirilən Formula 2 üzrə birinci yarışın qalibi isə Fransanın Dams komandasından Alex Olbon olub.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
"Futbol, geosiyasi əhəmiyyətli və çox yaxşı plov" - Londonlular Azərbaycan haqqında

Üçüncü ildir Azərbaycanda keçirilən Formula 1 Grand Prix yarışları cümə günü start götürüb.

Fotonun müəllifi Getty/ Mark Thompson

Cümə və şənbə günləri Formula 1 pilotlarının sərbəst yürüşləri baş tutub. Daha sonra sıralama turu keçirilib.

Bu gün Formula 1 üzrə Azərbaycan Grand Prix yarışı başa çatır.

Bu barədə daha geniş