Bakıda çayxanada partlayışa görə bir nəfər saxlanılıb

Binəqədi rayonu Fotonun müəllifi APA.az

Bakının Binəqədi rayonunda çayxanada baş verən partlayışa görə bir nəfər saxlanılıb.

Bakıda kafedə ölümlə nəticələnən partlayışla bağlı bir nəfər vəzifəli şəxs tutularaq istintaqa cəlb edilib.

Baş Prokurorluqdan BBC Azərbaycancaya verilən məlumata görə, "Azərtransservis" ASC-nin təsisçisi Əyyub Haqverdiyev şübhəli şəxs qismində saxlanılıb.

"Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir", - Eldar Sultanov bildirib.

Partlayış nəticəsində yaralanan şəxslərdən biri xəstəxanada ölüb, Səhiyyə Nazirliyi bildirir.

Bazar ertəsi baş verən hadisədə 2 nəfər ölüb. Daha 2 nəfər yaralanmışdı. Onlardan biri çərşənbə axşamı günü vəfat edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisəyə səbəb tikilinin içərisində propan qaz balonunun partlaması və nəticədə tikilinin yanar konstruksiyalarının alışması olub.

FHN bildirir ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bu barədə daha geniş