Jurnalist Əfqan Sadıqov azadlığa çıxıb

Hüquq müdafiəçisi Oqtay Gülalıyev və azadlğa çıxmış jurnalist Əfqan Sadıqov Fotonun müəllifi Oqtay Gulaliyev
Image caption Hüquq müdafiəçisi Oqtay Gülalıyev (solda) və azadlğa çıxmış jurnalist Əfqan Sadıqov (sağda)

Onlayn AzelTV-nin keçmiş baş redaktoru Əfqan Sadıqov həbs müddəti bitdiyi üçün azadlığa buraxılıb.

Bu barədə BBC Azərbaycancaya jurnalistin özü məlumat verib.

Əfqan Sadıqov 2016-cı ilin noyabrında Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma maddəsi ilə həbs edilib.

Cəlilabad Rayon Məhkəməsi ona 2 il 6 ay həbs cəzası versə də, sonradan Ali Məhkəmənin qərarı ilə həbs müddəti bir il azaldılıb.

2015-ci ildə yaranan AzelTV onlayn olaraq fəaliyyət göstərib.

Əfqan Sadıqov BBC Azərbaycancaya deyir ki, onun məqsədi AzelTV-də korrupsiya, məmur özbaşınalığı, qanunsuzluqlar barədə məlumatları ictimailəşdirmək olub.

AzelTV onun həbsindən sonra fəaliyyətini dayandırıb.

Əfqan Sadıqov deyir ki, o fəaliyyətini "əvvəlkindən daha inamlı" davam etdirəcək.

Jurnalist ona qarşı olan ittihamları qəbul etmədiyini deyir və həbsini "siyasi" adlandırır.

Human Rights Watch insan hüquqları təşkilatı onu 2018-ci il hesabatında siyasi məhbus kimi tanıyıb.

Azərbaycan hakimiyyəti siyasi səbəblərlə heç kimi həbs etmədiyini bildirir.

Həmçinin bax:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Azərbaycanda insan haqları mühiti necədir?

Bu barədə daha geniş