Böyrək çatışmazlığından əziyyət çəkən AXCP fəalı ev dustaqlığına buraxılıb

AXCP, müxalifət, həbs, türmə, azadlıq Fotonun müəllifi SEBASTIEN BOZON/AFP/Getty Images
Image caption AXCP fəalı Mirfeyzulla Seyidov səhhəti ilə bağlı ev dustaqlığına buraxılıb.

AXCP fəalı Mirfeyzulla Seyidov çərşənbə axşamı günü axşam saatlarında ev dustaqlığına buraxılıb.

Bu barədə BBC Azərbaycancaya onun vəkili Cavad Cavadov məlumat verib.

"Onun ev dustaqlığına buraxılması müdafiə tərəfinin verdiyi iddia əsasında baş tutub. İlkin məqsədimiz onun səhhətinə görə həbsdən azad edilməsi idi"-Cavad Cavadov deyib.

Vəkilin sözlərinə görə, məhkəmənin hökmündən razıdırlar, amma cinayət işinin icraatı davam etdiyi üçün onlar da müdafiə prosesini davam etdirəcəklər.

Mirfeyzulla Seyidovun ailə üzvü Sevinc Seyidova BBC Azərbaycancaya deyir ki, siyasi fəal indi səhhəti ilə bağlı müalicə alır.

"Axşam gələndə dedi ki, vəziyyətim yaxşı deyil, narahat idi, indi də dializdədir. Müddətini bilmirəm, hələ tam danışmamışıq, amma ev dustaqlığına buraxılıb"-Sevinc Seyidova deyib.

Mayın 16-da Mirfeyzullah Seyidovun səhhəti ilə əlaqədar onun vəkili Cavad Cavadov baş prokuror Zakir Qaralova müraciət etmişdi.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mirfeyzullah Seyidov mayın 9-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin külli miqdarda narkotik maddə satışı maddəsi ilə ittiham irəli sürülüb.

Mayın 10-da Nərimanov rayon məhkəməsi Mirfeyzullah Seyidov barəsində həbs qətimkan tədbiri seçmişdi.

Bu barədə daha geniş