"Xarici vətəndaşlar Azərbaycandakı yerli banklara milyonlarla ziyan vurub"

kibercinayətkarlıq, banklar, DTX, Maliyə Bazarına Nəzarət Palatası Fotonun müəllifi PHILIPPE HUGUEN/AFP/Getty Images
Image caption İki xarici vətəndaş Azərbaycan banklarına qarşı kibercinayət törədib

İki xarici vətəndaş Azərbaycandakı yerli banklara milyonlarla ziyan vurub. Buna görə Rusiya və Ukrayna vətəndaşları şübhəli şəxs qismində həbs edilib, Dövlət Təhlükəzislik Xidməti və Maliyə Bazarına Nəzarət Palatası xəbər yayıb.

Məlumatda deyilir ki, "onlar 2018-ci ilin mayında müxtəlif şirkətlər yaradıblar. Azərbaycan banklarında həmin şirkətlərə bank hesabı yaradıblar.

Daha sonra bu şirkətlər üçün banklardan POS terminallar əldə edərək xarici bank hesablarından milyonlarla vəsaiti yerli banklardakı hesablara köçürüblər, sonra isə həmin vəsaiti MDB ölkələrindəki müxtəlif hesablara ötürüblər".

Dövlət Təhlükəzislik Xidməti və Maliyə Bazarına Nəzarət Palatası bildirib ki, "onların kibercinayətkarlıq üsulu ilə Azərbaycan banklarına köçürdükləri vəsaitin dəyərinin sonradan yerli banklar tərəfindən xarici vətəndaşlara qaytarılması Azərbaycan banklarına xeyli ziyan vurub".

Həbs edilən şəxslər Cinayət Məcəlləsinin oğurluq və kompyuter məlumatlarını qanunsuz ələ keçirmə maddələri ilə ittiham olunurlar.

Bu barədə daha geniş