AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Səməd Seyidovun əvəz ediləcəyini bildirib

Səməd Seyidov Fotonun müəllifi APA
Image caption Qətnamə qəbul olunan iclasda iştirak edən Səməd Seyidov MİQ-in hesabatını

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndəsi təşkilatda Serbiya üzrə həmməruzəçi olan azərbaycanlı millət vəkili Səməd Seyidovu bu vəzifədə əvəzləyəcək şəxsin axtarıldığını bildirib.

Təşkilatda Azərbaycan üzrə həmməruzəçi Stefan Schennach deyib ki, buna səbəb cənab Seyidova qarşı sanksiyaların tətbiqi olub, APA agentliyi xəbər verir.

Ötən həftə AŞPA-nın qaydalar komitəsi Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov daxil olmaqla, bir sıra deputatı cəzalandırıb.

Çıxarılan qərara əsasən AŞPA-nın keçmiş sədri və Azərbaycan üzrə sabiq həmməruzəçi Pedro Aqramunt (İspaniya) 10 il, Səməd Seyidov, Cezar Florin Preda (Rumınya) və Jordi Xuclà (İspaniya) isə 2 il müddətinə bəzi hüquqlarından məhrum ediliblər.

Bu müddətdə adları çəkilən deputatlar məruzəçi təyin edilməkdən, seçki müşahidə missiyalarında iştirak etməkdən, hərhansı bir komitədə sədr müavini və ya müavin vəzifəsini tutmaqda və assambleyanın prezidentliyinə namizəd olmaqdan məhrum ediləcəklər, mayın 16-da yayılan təşkilatın bəyanatda bildirilir.

Komitənin qərarı AŞPA-nın Müstəqil İstintaq Qurumunun (MİQ) korrupsiya iddialarına dair araşdırması nəticəsində aprel ayında qəbul olunan qətnamədən sonra atılmış ilk addımlardan biridir.

Ötən ildən bəri, MİQ Azərbaycanın bəzi AŞPA deputatlarını rüşvət və bahalı hədiyyələrlə ölkə hakimiyyətinin lobbisinə çevirməsi iddialarını araşdırıb.

Qətnamə qəbul olunan iclasda iştirak edən Səməd Seyidov MİQ-in hesabatını sərt etirazla qarşılamışdı.


Həmçinin oxuyun:

Bu barədə daha geniş