Əfv sərəncamı: 12 "siyasi məhbus" əfv edilib, İlqar Məmmədovun adı yoxdur

həbsxana Fotonun müəllifi Azərbaycan Respublikasının Penitensiar Xidməti

Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı günü əfv sərəncamı imzalayıb, Əfv komissiyası bildirir.

Prezident yanında Əfv Komissyasının üzvü Əliməmməd Nuriyev BBC Azərbaycancaya deyib ki, 634 əfv olunan şəxsdən 12-i "siyasi məhbusdur".

Cənab Nuriyev bildirib ki, prezidentin sərəncamı 634 nəfərə şamil edilib.

Əfv olunanlar arasında Nardaran hadisələrinə görə həbsdə olan 7 nəfər və 2 "hicab məhbusu" var.

Əfv siyahısında beynəlxalq təşkilatlar tərəfindən əfvi tələb olunan siyasətçi İlqar Məmmədovun adı yoxdur, Əliməmməd Nuriyev bildirib.

Əfv olunan "siyasi məhbus" kimi tanınan şəxslər bunlardır:

  1. Nadir Babayev, Nardaran işi
  2. Əliağa Qasımov, Nardaran işi
  3. Hilal Cabbarov, Nardaran işi
  4. Ələkbər Qurbanov, Nardaran işi
  5. Fail Şahbazov, Nardaran işi
  6. Məmmədhənfə Quliyev, Nardaran işi
  7. Natiq Şahbazov, Nardaran işi
  8. Valeh Abdullayev, "Eurovision" işi
  9. David Kərimov, "Hicab məhbusu"
  10. Elşad Rzayev, "Hicab məhbusu"
  11. Elnur Fərəcov, AXCP üzvü
  12. Saday Şəkərov, yazıçı

Prezident İlham Əliyev əfv sərəncamını Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar imzalayıb.

Prezidentlilə keçmiş namizəd İlqar Məmmədov 2013-cü il İsmayıllı iğtişaşlarına görə saxlanılıb və 2014-cü ildə, o, 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsinin onun azad edilməsi barədə iki hökm çıxarıb.

2017-ci ildə AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamədə İlqar Məmmədovun azad edilməsi tövsiyə edilib.

Avropa Şurası Nazirlər Komitəsi, Avropa Parlamenti və digər beynəlxalq hüquq təşkilatları Azərbaycan hakimiyyətini cənab Məmmədovun azad etməyə çağırıb.

Bu barədə daha geniş