Azərbaycan Xalq Cümhuriyyəti: İlk respublikanın müstəqillik uğrunda mübarizəsi

Azərbaycan Xalq Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikasının müstəqilliyi 103 il əvvəl 1918-ci il, mayın 28-də bəyan edildi.

BBC News Azərbaycanca sizi o respublikaya, onun liderlərinin Avropaya çətin yollarına və Britaniya ilə münasibətlərinə Britaniya Milli Arxivindən əldə edilmiş sənədlərlə götürür.

Bakı, İstanbul, Paris, Cenevrə və Londona səyahət edərək, ilk respublikanın qısa və mühüm ömründə baş verən maraqlı hadisələri işıqlandırmağa çalışmışıq.

BBC News Azərbaycanca müxbiri Tural Əhmədzadənin sənədli filmini təqdim edirik.

Sənədli filmi 2018-ci ildə, ADR-in 100-ci ildönümündə hazırlamışıq.