Bakı aeroportuna fövqəladə eniş

A330, Airbus, "Qatar Airways" Fotonun müəllifi PASCAL PAVANI/AFP/Getty Images
Image caption Dohadan Tunisə uçan, mühərriki sönən təyyarə Bakı beynəlxalq hava limanına fövqəladə eniş edib.

Dohadan Tunisə uçan təyyarə Bakıda fövqəladə eniş edib.

"Qatar Airways" aviaşirkətinə məxsus təyyarə ikinci mühərrikinin dayanması səbəbindən Bakıya məcburi eniş edib.

Bu barədə BBC Azərbaycancaya AZAL-ın mətbuat xidmətindən bildirilib.

Məcburi enişə görə Bakı hava limanında həyəcan siqnalı verilib.

"Göyərtəsində 137 nəfərin olduğu "Airbus A330" təyyarəsi Dohadan Tunisə uçurdu", - məlumatda deyilir.

Qurumun mətbuat xidmətindən bildirilib ki, "təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş edib, xəsarət alan yoxdur".

"Təyyarə sərnişinləri ilə birgə Bakı hava limanında gözləyir, biz aviaşirkətin qərarını gözləyirik, onlar nə qərar versə, onu icra etməyə hazırıq", AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski BBC Azərbaycancaya deyib.

Onun sözlərinə görə, Bakı hava limanı "Qatar Airways" aviaşirkətinin sifarişi ilə sərnişinlərə və ekipaj üzvlərinə bütün lazımi yardımı, eləcə də hava gəmisinə lazımi texniki dəstəyi göstərməyə hazırdır.

Bu barədə daha geniş