ReAL-ın Məclis üzvü Azər Qasımlı həbs edilib

Azər Qasımlı

ReAL Partiya Məclisi üzvü Azər Qasımlıya 30 sutka inzibati həbs verilib.

Azər Qasımlının vəkili Elçin Sadıqov deyib ki, ona İnzibati Xətalar Məcəlləsinin "Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama" maddəsi ilə inzibati həbs verilib.

Həbs qərarını Yasamal Rayon Məhkəməsi verib.

Elçin Sadıqov deyib ki, "qərardan razı deyillər və apelyasiya şikayəti veriləcək".

Vəkil deyir ki, Azər Qasımlı polisin şikayəti əsasında saxlanılıb.

Vəkil bildirib ki, polis Azər Qasımlını guya "küçədə ünvansız söyüşlər söyməsinə" görə saxlayıb.

ReAL-ın Ali Məclisinin üzvü Natiq Cəfərli BBC Azərbaycancaya deyib ki, Azər Qasımlının həbsi mayın 28-də Cumhuriyyətin 100 illiyi ilə bağlı keçirilmiş yürüşdə təşkilatçılardan biri olmasına görədir.

Bu barədə daha geniş