Dövlət Sərhəd Xidməti: "İran vətəndaşı qanunsuz yolla 5 Banqladeş vətəndaşını Azərbaycandan İrana keçirmək istəyib"

DÖVLƏT SƏRHƏD XİDMƏTİ Fotonun müəllifi DÖVLƏT SƏRHƏD XİDMƏTİ
Image caption DÖVLƏT SƏRHƏD XİDMƏTİ

Dövlət Sərhəd Xidməti və DİN əməkdaşları mayın 25-də İmişli rayonunda Cəbrayıl köçkünlərinin məskunlaşdığı 6 nömrəli qəsəbədə İran vətəndaşını saxlayıb.

O, İrandan Azərbaycana qanunsuz keçərək dövlət sərhədini pozub, DTX-nin yaydığı məlumatda bildirilir.

Rəsmi məlumatda deyilir ki, İran vətəndaşı Azərbaycana rəsmi yolla gəlmiş 5 Banqladeş vətəndaşına bələdçilik edərək onları İran ərazisinə keçirmək istədiyini bildirib.

Saxlanmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Rəsmi qurumun iddiasına saxlanan şəxslərin münasibətini öyrənmək mümkün olmayıb.

Bu barədə daha geniş