ReAl hərəkatının 3 üzvü bu gün inzibati həbs cəzası alıb

real partiya, ral hərəkatı, ReALın 3 üzvü həbs olunub, Respublika yürüşü Fotonun müəllifi realpartiya.org

Real hərəkatının Məclis üzvlərindən Elmin Həmzəyev 25, Nəriman İsmayıl 30, Ərəstun Əlizadə isə 25 sutka müddətinə həbs olunub, ReAL hərəkatının Ali Məclisinin üzvü Natiq Cəfərli BBC Aəzrbaycancaya deyib.

ReAL hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli deyir ki, saxlanılanların hamısına "Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama" maddəsi ilə inzibati həbs verilib.

Onun sözlərinə görə, daha 5-6 ReAL üzvünə polis sahə müvəkkiləri tərəfindən zəng olunaraq xəbərdarlıq edilib.

Natiq Cəfərli deyir ki, ReAL üzvlərinin inzibati qaydada həbs edilməsi ə onlara qarşı irəli sürülən itithamlar "absurddur".

Natiq Cəfərliyə görə, hərəkatın üzvləri 28 may AXC-nin 100 illiyi günündə Bakının mrəkəzində təşkil etdikləri yürüşə görə həbs olunublar.

Daxili İşlər Nazirliyindən isə BBC Aəzrbaycancaya bildirdilər ki, saxlanan şəxslərlə bağlı işlər məhkəməyə göndərilib.

Mayın 29-da ReAL Partiya Məclisi üzvü Azər Qasımlıya 30 sutka inzibati həbs verilib. O İnzibati Xətalar Məcəlləsinin "Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama" maddəsi ilə ittiham olunaraq həbs edilib.

28 may günü Real üzvləri və ictimai fəallar kütləvbi halda İçərişəhər metrosunun yaxınlığında qoyulan AXC şərəfinə ucaldılan İstiqlal abidəsini ziyarət ediblər. Sonra onlar şəhərin mərkəzi küçələrində "Azərbaycan", "Rəsulzadə" şüarlarını səsləndiriblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş