İranda azərbaycanca çəkilən filmlər
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İranda azərbaycanca çəkilən filmlər

İranın Ərdəbil şəhərindən gələn Leila Noroozinin Mən İsmətəm adlı sənədli filmi Bakıda nümayiş olunan 14 filmdən biridir.

Film Təbrizdə və İstanbulda film festivalında münsiflərin mükafatına layiq görülüb və 10-dan çox beynəlxalq sənədli film festivalında da iştirak edib.

İranda azərbaycanca çəkilən 10 bədii və 4 sənədli film Cumhuriyyətin 100 illiyi münasibətilə Bakıda da nümayiş olunub.

Nümayiş olunan filmlər əsasən Təbriz, Ərdəbil, Urmiyada çəkilən filmlərdir.

Kinorejissor Rıza Siami deyir ki, son 10 ildə İranda Azərbaycan dilində film çəkilişlərində bir oyanış var.

Qısa filmlərin istehsal tarixi on ilə yaxın olsa da, son illərdə tam metrajlı filmlər də çəkilib.

Bakıda tamaşaçılara 14 film nümayş olunur. Onlardan 10-u bədii, 4-ü isə sənədli filmdir.

Filmlərin mövzuları daha çox ictimai-sosial sahələri əhatə edir.

Sənədli filmlərdən 3-nün mövzusu qadınlar barədədir və onların da rejissorları gənc qadınlardır.

Bakıda göstərilən 14 film həm daxili, həm də beynəlxalq film festivallarında mükafat alan filmlərdir.