Bakının Nərimanov rayonunda tikinti malları satışı bazarında və restoranda yanğın

yanğın Fotonun müəllifi AzerTAG

Bakıda Nərimanov rayonunda tikinti materiallarının satışı mağazasının dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb olnub.

Yanğın zamanı ətrafı qara tüstü bürüyüb və tüstü hadisə yerindən bir neçə kilometr uzaqdan da müşahidə edilib.

Azərtac xəbər verir ki, Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə gedərək monitorinq və araşdırma işlərinə başlayıblar.

Fotonun müəllifi AzerTAG
Image caption Baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüblər.

Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

Tikinti materilları bazarındakı yanğından təxminən iki saat sonra Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonunda yerləşən bir restoranda yanğın başladığını və ictimaiyyətə ətraflı məlumat verəcəyini bildirib

Bu barədə daha geniş