İmişli pambıq tarlasında 100-ə yaxın adam zəhərlənib

PAMBIQ Fotonun müəllifi AzerTAG

İmişlidə pambıq tarlasında 100-ə yaxın adam zəhərlənib, bunu BBC News Azərbaycana İmişli prokurorluğundan bildiriblər.

İmişli rayon prokurorunun köməkçisi Sultan Muradov deyib ki, hadisənin səbəbi məlum deyil, araşdırma aparılır.

İmişli rayon sakini Rahim Musa BBC News Azərbaycancaya deyib ki, zəhərlənən şəxslər İmişlinin Xəlifəli, Qızılkənd və Hacımuradlı kəndlərinin sakinləri olub. "Onlar Kürdəmir yolu üzərində olan pambıq tarlalarında çalışıblar", Rahim Musa deyib.

Azərbaycanın "Ağ qızılı

Kasıblaşan Azərbaycanın pambıqçılıq arzuları

Pambıq tarlasında halı pisləşənlər İmişli rayon xəstəxanasına gətiriliblər.

Ötən həftənin şənbə günü Tərtərdə 14 pambıqçının halı pisləşmiş və onlar xəstəxanaya yerləşdirilmişdilər.

İyunun 11-də Saatlıda pambıq tarlasında çalışan 24 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılmışdı. Onların sahələrdə alaq otları və zərərvericilərə qarşı işlədilən dərman preparatlarından zəhərləndikləri bildirilirdi.

Həmçinin buna da bax:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Saatlıda zəhərlənmə: Medsestralar gəldi...ayıldım ki, sistem qolumdadı

Bu barədə daha geniş