Baş Prokurorluq: "Zəhərlənmələrə görə 5 vəzifəli şəxs həbs olunub"

PAMBIQ Fotonun müəllifi AzerTAG

Bir neçə pambıq sahəsində baş vermis zəhərlənmə hadisəsi ilə bağlı vəzifəli şəxs həbs edilib, rəsmi qurumlar açıqlayıb.

Baş Prokurorluq bir neçə rəsmi qurumla birgə yaydığı məlumatda bildirib ki, İmişli, Tərtər, Saatlı,Yevlax rayonlarının ərazisində kütləvi zəhərlənmə hadisələrindən sonra cinayət işi qaldırlıb.

Bundan başqa Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev də işdən çıxarılıb.

Məlumatda deyilir ki, vəzifə səlahiyyətlərinin aşmaqda və texniki təhlükəsizlik qaydalarını pozmaqda günahlandırılan «MKT İK» Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov həbs olunublar.

Onlar bitki xəstəliklərinə və ziyanvericilərə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması və səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda maddələri üzrə ittiham edilirlər.

Saxlanan şəxslərin onlara qarşı irəli sürülən ittihamlara münasibəti bəlli deyil.

İyunun 10-da Saatlıda 24 nəfər pambıq tarlasında zəhərlənmişdi. Bundan sonra ayrı-ayrı vaxtlarda Tərtər, İmişlidə kütləvi zəhərlənmələr qeydə alınmış, 100-dən çox kəndli kimyəvi maddədən zəhərlənmə diaqnozu ilə xəstəxanalara aparılmışdı.

Onların zərərvericilərə qarşı istifadə olunan kimyəvi dərmanlardan təsirləndiyi bildirilirdi.

Ancaq prokurorluq məlumatında açıqlamayıb ki, zəhərlənməyə əmək təhlükəsizliyi qaydalarının pozulması, yoxsa kimyəvi dərmanların keyfiyyəti səbəb olub.

Bu barədə daha geniş