Bakıda hərbi parad

ordu günü, parad, hərbi keçid
Image caption Silahlı Qüvvələrin 100 illiyi münasibətilə hərbi parad

Azərbaycan paytaxtı Bakıda Silahlı Qüvvələrin 100 illiyi münasibətilə hərbi parad başlayıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib ki, "cümhuriyyətin ən önəmli qərarlarından biri ordunun yaradılması" ilə bağlı idi: "Təəssüflər olsun ki, 2 ildən sonra Cümhuriyyət öz müstəqilliyini itirdi. Bu, bir daha göstərir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir".

İlham Əliyev bildirib ki, Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdiyi ilk illərdə "nizami ordu yaradılmayıb, ayrı-ayrı silahlı birləşmələr torpaqları qoruya bilməyib".

"Azadlıq" meydanından başlayan hərbi paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi iştirak edir.

Azərtac xəbər verir ki, hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edir.

Təntənəli mərasimdə silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq.

Həmçinin buna da bax:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
ADR 100: İlk respublikanın müstəqillik uğrunda mübarizəsi

Əlaqəli mövzular

Bu barədə daha geniş