Bakı-Sumqayıt yolunda tıxac hələ 1 ay davam edəcək

tıxac, nəqliyyat, yol təmiri
Image caption "Şamaxinka" və 20 Yanvar dairəsində tıxac

İyunun 27-dən Avtovağzalın qarşısından "Delfin" otelə kimi olan yolda aparılan təmir işləri nəqliyyatın hərəkətində ləngimələrə səbəb olub.

BBC News Azərbaycancaya danışan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, əsas tıxaca səbəb olan təmir işləri 2-3 gün çəkəcək.

Onun sözlərinə görə, Beynəlxalq Avtovağzalın qarşısından Xırdalan dairəsinə kimi olan yoldakı təmir işləri isə hələ təxminən 1 aya qədər davam edəcək.

Image caption "Şamaxinka" adlanan ərazidə nəqliyyatın sıxlığı

BBC News Azərbaycancanın müxbiri avtomobillərin əsas sıxlığını "Şamaxinka" adlanan ərazidə və 20 Yanvar dairəsində müşahidə edib.

Maşınlar, demək olar ki, fasilə verməklə saatda 5 km surətlə hərəkət edir.

Bu istiqamətə taksi qiymətləri də iki dəfə qalxıb.

Anar Nəcəfli bildirib ki, "təmir müddəti ümumilikdə bir aydan az müddəti əhatə edəcək və bu müddət ərzində yolun müxtəlif hissələrində məhdudlaşdırmalar olacaq".

Image caption 20 Yanvar dairəsində taksilər qiyməti qaldırıb

"Yolda təmir işləri Xırdalan dairəsinə kimi nəzərdə tutulub, yolun sol zolağında təmir işləri bitdikdən sonra sağ zolağında da məhdudlaşdırma həyata keçiriləcək", Anar Nəcəfli belə deyib.

Onun sözlərinə görə, yolda təmir aparılacağı ilə bağlı əvvəlcədən mətbuat məlumat verilib və bir neçə alternativ yoldan istifadə etmək tövsiyyə olunub.

Bakı-Sumqayıt istiqamətində alternativ yol kimi Bakı Dairəvi 1 - Lökbatan-Xocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri, Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat avtomobil yollarından istifadə etmək tövsiyyə olunub.

Bu barədə daha geniş