Gültəkin Hacıbəyli: "AŞPA ilə ən yüksək səviyyədə kommunikasiya quracağam"

AŞPA, Gültəkin Hacıbəyli, qadın millət vəkili, qalmaqal Fotonun müəllifi Aziz Karimov
Image caption AŞPA Gültəkin Hacıbəyliyə qadağa qoyub

İyunun 27-də Avropa Şurası Parlament Assambleyası Müstəqil istintaq orqanının hesabatını yayıb.

Qərarda AŞPA-nın ayrı-ayrı üzvləri və keçmiş üzvlərinin korrupsiya iddiaları çərçivəsində davranışı barədə qərar göstərilib.

Qərarda qeyd olunur ki, "Gültəkin Hacıbəyli əməkdaşlıqdan imtina edib, yazılı bəyanatın verilməsi tələbi ilə çağırışlara cavab verməyib".

Qərara görə, ona AŞPA-nın binasına giriş qadağan olunub.


Həmçinin oxuyun:


"bu birbaşa təxribatdır"

Gültəkin Hacıbəyli BBC News Azərbaycancaya deyib ki, "Bu birbaşa təxribatdır".

"Mən bilmirəm burada Azərbaycan rəsmlərinin iştirakı nə dərəcədədir, amma mənə qarşı təxribatın olmasından zərrə qədər də şübhəm yoxdur" Gültəkin Hacıbəyli belə deyib.

Keçmiş millət vəkili bildirib ki, o AŞPA-dan heç bir müraciət almayıb.

Fotonun müəllifi RƏVAN SEYFULLA
Image caption Gültəkin Hacıbəyli Milli Şuranın mitinqində (sağdan ikinci)

"Bizim informasiya resurslarımıza daim hücumlar olur"

Xanım Hacıbəyli deyib ki, "Mənim elektron poçtum və istifadə etdiyim iki mobil nömrə AŞPA-dan ayrılandan bu yana dəyişməyib və bunların heç birinə AŞPA-dan müraciət daxil olmayıb. Həm də mən əsas müxalifət qüvvəsi sayılan Milli Şuranın rəhbərliyində təmsil olunuram. Dəfələrlə bizim email ünvanlarımıza hakimiyyət tərəfindən Haker hücumlar olub.

Onun sözlərinə görə, bu ilin fevral ayında onun Facebook səhifəsi oğurlanıb oradan 120 min izləyicisi silinib və o çox çətinliklə səhifənin idarəsini geri qaytara bilib.

"AŞPA-dan müraciət olsaydı mən böyük mənmumiyyətlə cavablandırardım. Çünki mən ictimaiyyət qarşısında həmişə Azərbaycan hakimiyyətinin AŞPA siyasətini, AŞPA-da baş verən korrupsiya əməllərini açıq şəkildə pisləmişəm. Yəni, mənim istintaqa ifadə verməməyim iddiası absurddur" xanım Hacıbəyli fikrini belə ifadə edib.

"...lazım olsa Strazburqa gedəcəyəm"

Gültəkin Hacıbəyli onu da əlavə edib ki, o 2010-cu ilədən AŞPA-nın üzvü deyil və bu Azərbaycanla bağlı korrupsiya araşdırması da əsasən 2015-ci ildən başlayıb.

Onun sözlərinə görə, "Müraciət etsə belə mən o korrupsiya ilə bağlı müzakirələrdə iştirak etməmişəm, məlumatım yoxdur. Mən 2010-cu ildən AŞPA-nın üzvü deyiləm".

Gültəkin Hacıbəyli bildirib ki, "Azərbaycan hakimiyyəti onun AŞPA siyasətini ifşa etdiyim üçün bu yolla cəzalandırır".

Keçmiş deputat deyir ki, məsələ ilə bağlı artıq AŞPA-ya müraciət edib.

"AŞPA ilə ən yüksək səviyyədə komunikasiya quracağam, lazım olsa Strasburqa gedib AŞPA-da bu işin arxasında olan insanları ifşa edəcəm" Gültəkin Hacıbəyli belə deyib.

Avropa Şurası Parlament Assambleyasının qaydalar komitəsi "qaydaları pozduqlarına görə" Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov daxil olmaqla, bir sıra deputatı 2 və 10 il müddətində cəzalandırmağa qərar verib.

Qərara əsasən AŞPA-nın keçmiş sədri və Azərbaycan üzrə sabiq həmməruzəçi Pedro Aqramunt (İspaniya) 10 il, Səməd Seyidov, Cezar Florin Preda (Rumınya) və Jordi Xuclà (İspaniya) isə 2 il müddətinə bəzi hüquqlarından məhrum ediliblər.

Onlar Azərbaycanın bəzi AŞPA deputatlarını rüşvət və bahalı hədiyyələrlə ölkə hakimiyyətinin lobbisinə çevirməsi iddialarını araşdıran istintaqına cəlb olunublar.

Səməd Seyidov sanksiyaların "Azərbaycanı AŞPA-dan uzaqlaşdırmağa xidmət" etdiyini və "başdan ayağa" qərəzli olduğunu iddia edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş