Tibb Universitetinin məzunlarından etiraz: "Rezidenturaya qəbul planı artırılsın"

Rezidentura, tələbələr, qəbul, həkimlər
Image caption Tibb Universitetinin tələbələrindən etiraz edir: "Rezidenturaya qəbul planı artırılsın"

Tibb Universitetinin məzunları Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar rezidenturaya qəbul planının artırılmasını tələb edirlər.

Universitetin ictimai səhiyyə fakültəsinin məzunu Aynurə Əliyeva BBC News Azərbaycancaya deyib ki, imtahana az qalmış rezidenturaya qəbul planının azaldılmasından xəbər tutublar. Bu isə məzunlar arasında narazılığa səbəb olub.

"Biz birinci mərhələdən keçmişik. Gəlmişik ki, ikinci mərhələdən keçək, məlum olur ki, yerlər məhdudlaşdırılıb. Belə çıxır ki, çoxumuz düzdə qalacağıq, 50 faiz ixtisaslaşa bilməyəcək", Aynurə Əhmədova deyib.

Image caption Tələbələr nazirliyə şikayət ərizəsi yazırlar

Etirazçılar qəbul planının artırılmasını, hər dörd nəfərdən üçünün rezidenturaya girmək şansının olmasını istəyirlər.

Rezidenturaya qəbul ərizəsi verənlər deyirlər ki, yerlərin məhdudlaşdırılması məzunları çətin vəziyyətə salır, onların fikrincə, bu, imtahanların süni şəkildə daha da çətinləşdirilməsinə gətirib çıxaracaq.

Məzunlar deyirlər ki, keçən il qəbul planı 504 yer olub, bu il isə yerlər 332-yə salınıb. Onlar deyirlər ki, Tibb Universitetinə qəbul planı azaldılmayıb, bu isə o deməkdir ki, yüzlərlə həkim-məzun hər il ixtisaslaşma imkanını itirəcək.

Image caption Səhiyyə Nazirliyi

"Həkimə ehtiyac olan bir ölkədə həkimlərin ixtisaslaşmasının qarşısını necə almaq olar?" tələbələr əlavə ediblər.

Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, rezidenturaya qəbul planı ehtiyaclara əsasən müəyyənləşir və hazırda ölkədə həkimə əsas ehtiyac bölgələrdədir. Anma bu məsələ araşdırılandan sonra etirazçılara cavab veriləcəyi bildirilib.

Bu barədə daha geniş